RU

Adı "Fəlakət"lə eşq dedi-qodusunda hallanan aktrisa DANIŞDI - "Gözəlliyimi evli birinə..." - VİDEO

Xəbər verdiyimiz kimi, aktyorlar Elşən Orucovla  Üzel Kərimovanın görüntüsü müzakirələrə səbəb olmuşdu.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri onların görüntüsünün şərh bölümündə sevgili olduğunu iddia etmişdilər.

Sözügedən dedi-qoduya biganə gələ bilməyən "İmtahan"nın aktrisası video yayaraq məsələyə aydınlıq gətirib.

Onun söylədikləri isə daha bir müzakirələrin əsasını qoyub:

"Ağıllı, sən nə fikirləşdin? Düşündün ki, Üzəl Kərimovaya yazım, bundan sonra daha diqqətli hekayə paylaşar. Daha ağıllı davranar, başqalarına maneə törətməz. Bu, hansı beynin məhsuludur?

Birincisi özüm bilərəm ki, hansı sənət yoldaşımla, hansı səmimiyyətdə danışıram. İkinscisi isə mən sənət yoldaşlarımın həyat yoldaşları ilə rəfiqəyəm. Hamısını çox sevirəm. Sən, kimsən belə yazırsan, özünü nə hesab edirsən? Ailəmin içindən biri kimi şərh bildirirsən. Bəlkə, dostum-rəfiqəmsən? Mənim tipimə-stilimə bax! Mənim gözəlliyimə bax! Bunu evli birinə xərcləmək heç mənə yaraşar? Bəxtin gətirib ki, mənə yazmısan. Mümküncə mədəni cavab verməyə çalışmışam".

Избранный
20
4
day.az

5Источники