1964-cü ildə sönmüş peykdən gələn sirli bir radio partlaması yeni kosmik monitorinqlərə səbəb ola bilər.
QHT.az xəbər verir ki, Bəşəriyyət illərlə kosmosdan siqnallar gözləyərkən, gözlənilməz hadisə baş verdi: dünyanın ən qabaqcıl radio teleskoplarından biri – Avstraliyadakı ASKAP – son dərəcə güclü və cəmi 30 nanosaniyə davam edən radio siqnalı aşkar etdi. İlk baxışda bu, klassik sürətli radio partlayışlarına (FRB) bənzəməsə də, onun gücü astronomları təəccübləndirdi. Təhlillər nəticəsində məlum oldu ki, siqnal Yerdən təxminən 4500 km məsafədə yerləşən, uzun müddət “ölü” hesab edilən NASA peyki – Relay 2 tərəfindən göndərilib.
1964-cü ildə buraxılan bu peyk 1965-ci ildən sonra işləmirdi və 1967-ci ildə rəsmi olaraq qeyri-aktiv elan olunmuşdu. 60 ildən sonra qeyri-adi siqnal göndərməsi alimləri heyrətə salıb.
Kertin Universitetindən professor Klensi Ceyms qeyd edib: “Bu siqnallar fizikanın klassik izahlarına ziddir və biz onların səbəbini öyrənməyə çalışırıq.”
R.İmanov