RU

Zəlzələlər Kamçatkanı qaynar nöqtəyə çevirir: Altıncı vulkan oyandı, sarı təhlükə kodu elan edildi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Alimlər Kamçatkada (Rusiya) Mutnovski vulkanında aktivlik qeydə alıblar, ərazidə termal anomaliya müşahidə olunur, "sarı" təhlükə səviyyəsi elan edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidməti məlumat yayıb.

Bildirilir ki, anomaliya peyk görüntüləri vasitəsilə aşkar olunub.

"Vulkana sarı təhlükə kodu verilib. Güclü zəlzələlərin ocaq zonalarından gələn fasiləsiz afterşok axını səbəbindən vulkanın seysmik monitorinqi və püskürmələrin proqnozu mümkün deyil. Bu vulkanın, eləcə də yarımadanın digər vulkanlarının seysmogen aktivləşməsini nəzərə alaraq, əraziyə səfər qəti şəkildə tövsiyə edilmir", - deyə qurumdan bildirilib.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Hazırda Kamçatkada altı vulkan aktivlik göstərir və onlara yaxınlaşmaq tövsiyə edilmir. Avqustun 3-də Avaçinski, Klyuçevsk, Bezımyannı, Kambalnı və Karımski vulkanlarına Kronotski qoruğundakı Kraşeninnikov vulkanı da qoşulub. Avqustun 4-də isə Mutnovski vulkanı aktivləşib.

"Sarı kod" vulkan müşahidəsi və xəbərdarlıq sistemində dörd koddan ikincisidir, orta təhlükə səviyyəsi hesab olunur. Vulkanın aktivliyinin artması əlamətlərini bildirir, buna müvafiq olaraq da kiçik aviasiya üçün riskləri göstərir. Bundan sonra yüksək təhlükə kodları - "narıncı" və "qırmızı" gəlir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
oxu.az

1Источники