RU

Nigeriyada terror hücumları - Beş nəfər öldürülüb, çox sayda insan oğurlanıb

Bakı. Trend:

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında terrorçuqruplaşma üzvlərinin həyata keçirdiyi silahlı hücumlar nəticəsində5 nəfər həyatını itirib, 50 nəfər oğurlanıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, dəstə üzvləri Zamfara ştatına tabe olan16 ayrı ərazidə silahlı hücumlar təşkil ediblər.

Nigeriyada uzun illərdir “Boko Haram” və İŞİD-in Qərbi Afrikaqolu ISWAP analoji terror hücumları həyata keçirir.

Ölkədə adam oğurluğunun cəzası edam olsa da, mütəmadi olaraqinsanlar pərakəndə və ya toplam şəkildə qaçırılır və sonrandanonların azad edilməsi müqabilində pul tələb olunur.

Silahlı şəxslər, adətən, ölkənin şimalındakı kəndləri,məktəbləri və sərnişinləri hədəfə alırlar.

Məqalədə:
Избранный
26
az.trend.az

1Источники