RU

PFL dən ilk: 2024/25 mövsümünün bütün GÖSTƏRİCİLƏRİ

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

PFL Misli Premyer Liqasının 2024/25 mövsümünün yekunları və statistik göstəricilərinə həsr olunmuş xüsusi hesabat hazırlayıb.

İdman.biz xəbər verir ki, hesabatda mövsümün ümumi, ev-səfər turnir cədvəlləri, turlar və dövrələr üzrə tamaşaçı sayları, ən məhsuldar futbolçular, ən çox qol ötürməsi edənlər, klubların heyətləri, eyni zamanda bütün futbolçuların statistikası, komanda və oyunçuları əhatə edən bir çox önəmli göstəricilər əhatə olunub.

Nəfis tərtibatda hazırlanan hesabat, həmçinin çempionatda vurulmuş qolların dəqiqə aralığı, penaltilərə aid xüsusi məlumatlar, cərimə və vərəqələrə aid rəqəmlər, diqqət çəkən maraqlı nüanslarla zəngindir. Statistik hesabat Premyer Liqanın inkişaf dinamikasını da nümayiş etdirir.

Qeyd edək ki, hesabatın hazırlanmasında əsas məqsəd həm mövsümün ümumi mənzərəsini təqdim etmək, həm də futbol ictimaiyyətini əhatəli informasiya ilə təmin etməkdir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
1
icma.az

2Источники