Kamçatkada bir neçə əsrlik yuxusuzluqdan sonra püskürməyə başlayan "Kraşeninnikov" vulkanının kül tüstüsü dəniz səviyyəsindən altı kilometr hündürlüyə qalxıb.
Publika.az TASS-a istinadən xəbər verir bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Alimlərin fikrincə, şleyf (burada vulkandan sonra geridə qalan, xüsusi hiss olunan iy, qoxu) cənub-şərq istiqamətində yayılır.
"Küləyin istiqamətini dəyişəcəyi təqdirdə püskürmə Qeyzerlər vadisində turistlər üçün təhlükə yarada bilər. Vulkanla qeyzerlər vadisi arasındakı məsafə təxminən 30 km-dir. Bölgədə seysmik aktivliyin artması vulkanın oyanmasına səbəb ola bilər", - deyə seysmoloq Aleksey Ozerov bildirib.