RU

Qubada erkən nikahlara qarşı mübarizə ilə bağlı layihə icra olunur

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəmiyyətin sağlam gələcəyi uğrunda maarifləndirmə işlərinin təşkili” layihəsi avqustun 1-dən fəaliyyətə başlayıb.

Birliyin sədri, layihənin rəhbəri Esmira Rəhimova bildirib k, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur: “Layihənin icrası Quba rayonunda keçiriləcək. Bu regionun seçilməsində əsas səbəb rayonda yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı mövcud olan problemlərin qarşısının alınmasına dəstək olmaqdır. Erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və fəsadları, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskləri barədə yeniyetmələrin maarifləndirilməsidir. Yeniyetmələrin hüquq və azadlıqları, xüsusən qızların təhsil almaq hüquqları barədə məlumatlandırılmaq, onlar arasında ailə hüquqlarının və nikah müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə dair təbliğat işinin gücləndirilməkdir. Eyni zamanda, cəmiyyətin gələcək sağlam inkişafına tövhə verməkdir.

Qeyd etmək istəyirəm ki, erkən, rəsmi qeydə alınmayan və qan qohumları arasında baş verən nikahlar cəmiyyətin əsas problemlərindən biridir.  Bu layihənin icrası zamanı, yeniyetmələr erkən evliliyin fəsadları və yaxın qohum nikahlarından doğulan uşaqların sağlamlıqlarının böyük risk altında olması və bunun qanunla qadağan edilməsi haqda məlumatlanaraq, təhsil almağa, peşə sahibi olmağa, öz məşğulluqlarını təmin etməyə üstünlük verəcəklər.

Ailə dəyərləri xalqımız üçün müqəddəsdir. Azərbaycan cəmiyyətinin sağlam inkişafı üçün ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının azalması istiqamətində görülən tədbirlərə dəstək və sözügedən problemlərin aradan qaldırılması məqsədi ilə təhsilin və hüquqi maarifləndirmənin artırılması, xüsusilə də regionlarda erkən evliliyin və qohum nikahlarının qarşısını ala bilər.

AzPost.az

Избранный
7
1
azpost.info

2Источники