RU

PFL ötən mövsümün statistik hesabatını açıqladı

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün yekunları və statistik göstəricilərinə həsr olunmuş xüsusi hesabat hazırlayıb.

Publika.az xəbər verir ki, burada mövsümün ümumi, ev-səfər turnir cədvəlləri, turlar və dövrələr üzrə tamaşaçı sayları, ən məhsuldar futbolçular, ən çox qol ötürməsi edənlər, klubların heyətləri, eyni zamanda bütün futbolçuların statistikası, komanda və oyunçuları əhatə edən bir çox önəmli göstəricilər əhatə olunub.

Hesabatın hazırlanmasında əsas məqsəd həm mövsümün ümumi mənzərəsini təqdim etmək, həm də futbol ictimaiyyətini əhatəli informasiya ilə təmin etməkdir. PDF formatında hazırlanan sənəd klublar, media nümayəndələri və futbolsevərlər üçün əlçatandır.

PDF-ə baxmaq və ya yükləmək üçün klikləyin.

Избранный
35
2
publika.az

6Источники