RU

Premyer Liqa – Son 4 mövsümün tamaşaçı sayı

Azərbaycan Premyer Liqasında son dörd mövsümün tamaşaçı sayı açıqlanıb.

Msport.az Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, 2021-22 mövsümündə 112 oyunda ümumilikdə 89 010 azarkeş matçları tribunadan izləyib.

Orta göstərici 795 tamaşaçı olub. 2022-23 mövsümündə bu rəqəm 261 564 (orta göstərici 1453), 2023-24 mövsümündə 276 487 (orta göstərici 1536), 2024-25 mövsümündə isə 275 933-ə (orta göstərici 1533) çatıb. Hər üç mövsümdə 180 qarşılaşma baş tutub.

Qeyd edək ki, Premyer Liqada 2025-26 mövsümünə avqustun 15-də start veriləcək.

Избранный
10
8
msport.az

10Источники