RU

Dövlət informasiya ehtiyatlarının vahid reyestrinin aparılması qaydası təsdiqləndi

Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydası təsdiqlənib.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qaydalar mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin, habelə onların təhlükəsizliyini təmin edən qurumların informasiya infrastrukturlarına şamil olunmayacaq.

Dövlət informasiya ehtiyatı və ya sistemi ilə bağlı layihəyə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə müsbət rəy verildikdən və texniki işlər başa çatdırıldıqdan sonra informasiya ehtiyatının və ya sisteminin sahibi (operatoru) tərəfindən 7 (yeddi) iş günü müddətində elektron kabinet vasitəsilə bu Qaydaların 6.1.1-ci yarımbəndində qeyd edilən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş məlumatlar təqdim edilərək həmin ehtiyatın və ya sistemin vahid reyestrə daxil edilməsi üçün Nazirliyə müraciət olunancaq.

Избранный
28
publika.az

1Источники