ain.az bildirir, Yenisabah portalına istinadən.
Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Həsənbala Rəhimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Yenisabah.az xəbər verir ki, Həsənbala Rəhimov ötən il həyat yoldaşını qətlə yetirib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək müttəhimin törətdiyi əməli xüsusilə ağır cinayət kateqoriyasına aid edib. Dövlət ittihamçısı müttəhimin 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Marqarita pizza
Müttəhim Həsənbala Rəhimov məhkəmədə son söz deyib, çıxışında barəsində ədalətli qərar verilməsini xahiş edib.
Məhkəmə qısa müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Həsənbala Rəhimov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimova qətlə yetirilib. Qətllə bağlı rayon prokurorluğunda araşdırmalar başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, qadını həyat yoldaşı - 1968-ci il təvəllüdlü Həsənbala Rəhimov qətlə yetirib. İstintaqla qətlin ər-arvad arasında baş vermiş mübahisə əsnasında baş verdiyi, nəticədə Həsənbala Rəhimovun bıçaqla həyat yoldaşına çoxsaylı xəsarətlər yetirərək həyatına son qoyduğu müəyyən olunub.
Cinayətdən dərhal sonra Həsənbala Rəhimov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Həsənbala Rəhimova ittiham elan olunub./Musavat.com
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.