Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Elçin Əfəndiyev yazmağı susa bilmədiyi üçün seçmişdi".
Oxu.Az xəbər verir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayev Elçin Əfəndiyevin vida mərasimində çıxışı zamanı deyib.
O, Elçin Əfəndiyevlə qırx il əvvəl tanış olduğunu söyləyib:
"Qırx ildə biz neçə ölkədə bir yerdə olmuşuq. Bizim dostluğumuz olub, yubileylərimizi keçirmişik. 29 il əvvəl İlyas Əfəndiyev vəfat edəndə mən Elçinin necə ağladığını görmüşdüm. Mənim üçün nümunə idi ki, o, atasını necə sevib, necə hörmət edib.
Elçin çox böyük yazıçı və ictimai xadim olub. Lakin onun özündən soruşsanız, o, birinci özünə yazıçı deyərdi. Ona nə qədər orden verilsə də, o, yazmağı susa bilmədiyi üçün seçmişdi".
Aygün Mirakif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.