RU

“Putinin vaxtı bitmək üzrədir” – Trampın nümayəndəsi Kelkok 8 avqustdan əvvəl Ukraynaya səfər edəcək

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi, istefada olan general Kir Kelkokun 8 avqustdan əvvəl Ukraynaya səfər edəcəyi bildirilib. Bu barədə məlumatı Kyiv Post yayıb.

Mənbəyə görə, səfər çərçivəsində Kelkok Prezident Volodimir Zelenski və digər yüksək rütbəli rəsmilərlə görüşəcək. Tərəflər arasında əsas müzakirə mövzuları arasında Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü və mümkün atəşkəs planları yer alır.

Qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın komandası Rusiya ilə bağlı ciddi xəbərdarlıq edib. Vaşinqton Moskvanın 8 avqusta qədər atəşkəsə razılaşmaması halında, daha sərt iqtisadi tədbirlərə əl atmaq niyyətindədir.

Kyiv Post Kelkokun səfərini bu xəbərdarlığın fonunda qiymətləndirərək, bunu “Putinin vaxtı bitmək üzrədir” kimi dəyərləndirib.

//Samir Qurbanov, Editor.az

Избранный
14
editor.az

1Источники