Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
Ağdam komandası 3-cü təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya” səddini keçərsə, “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq..
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşləri avqustun 19-20-də, cavab oyunıları isə 26-27-də keçiriləcək.