ain.az, Oxu.az saytına istinadən bildirir.
Abşeron rayonu, Saray qəsəbəsindəki tullantı problemi sakinlərin narazılığına səbəb olub.
Qəsəbə sakinləri Oxu.Az-a müraciət edərək ərazidəki antisanitar vəziyyətlə bağlı şikayətlərini bildiriblər.
Onların sözlərinə görə, Sarayda zibil atmaq üçün konteyner və ya məntəqə yoxdur:
"Bu isə həm ətraf mühitə zərər vurur, həm də sağlamlıq baxımından ciddi risk yaradır. Üstəlik, bu ildən etibarən bəzi qurumlar hər evdən ayda altı manat pul yığırlar ki, guya zibili qapıdan götürsünlər. Halbuki əvvəllər bu məbləğ üç manat idi. Bu artımın heç bir əsaslandırması yoxdur".
Vətəndaşların iddiasına görə, aidiyyəti qurumlar qəsəbədə zibil konteynerlərinin qoyulmasına bilərəkdən imkan vermirlər:
"Əgər konteyner olsa, insanlar zibili oraya atarlar, bunlar da ev-ev gəzə bilməzlər. Bəzi sakinlər məcburiyyət qarşısında qalaraq tullantılarını 15-20 km uzaqda yerləşən Sumqayıta aparırlar. Tullantılarımızı ya qapıdan asır, ya da Sumqayıta aparırıq. Müasir dövrdə insanlar bu əziyyəti niyə çəkməlidirlər?"
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məhərrəm Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.