Bu həftə Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş keçirilə bilər.
7News.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz belə bir görüşün keçirilməsi ehtimalını istisna etmirik", - o qeyd edib.
Bununla belə, Peskov təşəbbüsün kimə aid olduğunu dəqiqləşdirməyib.
"Biz cənab Uitkoffu Moskvada görməyə və onunla təmasda olmağa həmişə şadıq. Biz bu əlaqələri vacib, məzmunlu və çox faydalı hesab edirik", - o vurğulayıb.
05:07
ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun gələn həftə Rusiyaya səfər edəcəyini bildirib.
Bu barədə Ağ Ev rəhbəri Bedminsterdən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib.
Trampın sözlərinə görə, Uitkoffun səfəri avqustun 6-7-nə planlaşdırılıb. O, diqqətini sərhəddə, xüsusən də Qəzza zolağında vəziyyətə və insanlara ərzaq çatdırılmasına yönəldib.
Ağ Ev rəhbəri əlavə edib ki, Rusiya tərəfi xüsusi nümayəndə ilə görüşməkdə maraqlıdır: "Onunla görmək üçün görüş istəyiblər. Görək nə baş verir”.