RU

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı münasibətilə nekroloq imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatımünasibətilə nekroloq imzalayıb.

Trend xəbərverir ki, nekroloqda deyilir:

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir.Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalqyazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas,ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçinİlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilindəvəfat etmişdir.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadanolmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdəAzərbaycan Dövlət Universitetinin filologiya fakültəsində alitəhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər AkademiyasınınNizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasındaoxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adınaƏdəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdəAzərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cüillərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti– “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. ElçinƏfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası BaşNazirinin müavini vəzifəsində çalışmışdır.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçıElçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslininənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrinzənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığabaşladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərininpoetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır.Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadəvasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycannəsrinin qiymətli nümunələridir.

Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəaliştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlıroman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqidəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçininssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraqAzərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə vəmüasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəriyazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballıtöhfələr vermişdir.

Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş,müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrətqazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışlarıelmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatındadaim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızıntarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onunazərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. ElçinƏfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavinivəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir.O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal”(2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “AzərbaycanRespublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltifedilmişdir.

Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimivə təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onutanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Anar Rzayev

Nəriman Həsənzadə

Kamal Abdullayev

Çingiz Abdullayev

Hacı İsmayılov".

Избранный
17
49
az.trend.az

3Источники