Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində dəqiqləşib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 3-cü təsnifat mərhələsində Şimali Makedniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdırsa bilsə, növbəti raundda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. “Qarabağ” mərhələ adlayacağı halda ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin matçları 19-20 və 26-27 avqustda təşkil olunacaq.
UEFA Çempionlar Liqası
Çempionlar yolu
Ludoqorets (Bolqarıstan)/Ferentsvaroş (Macarıstan) – Şkendiya (Şimali Makedoniya)/Qarabağ (Azərbaycan)
Lex (Polşa)/Srvena Zvezda (Serbiya) – Dinamo (Kiyev, Ukrayna)/Pafos (Yunanıstan)
Bodo Qlimt (Norveç) – Şturm Qraz (Avstriya)
Seltik (Şotlandiya) – Kayrat (Qazaxıstan)/Slovan (Bratislava, Slovakiya)
Bazel (İsveçrə) – Malmö (İsveç)/Kopenhagen (Danimarka)
Liqa yolu
Feyenoord (Niderland)/Fənərbağça (Türkiyə) – Nitsa (Fransa)/Benfika (Portuqaliya)
Reyncers (Şotlandiya)/Viktoriya (Plzen, Çexiya) – Zalsburq (Avstriya)/Brügge (Belçika)