RU

BDYPİ piyadalara çağırış edib

"Yol hərəkətində insan həyatının təhlükəsizliyi yalnız sürücülərdən deyil, eyni zamanda piyadalardan da asılıdır. Təəssüf ki, ölkəmizdə piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması, yolun istənilən hissəsindən keçmək vərdişi və elementar təhlükəsizlik qaydalarına biganə qalması faciələrlə nəticələnən hadisələrin başlıca səbəblərindən biridir".

Aktual.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara çağırışında qeyd olunub.

"Ən təhlükəli məqam ondan ibarətdir ki, bəzi piyadalar qayda pozuntusunu adi hal kimi qəbul edir və bununla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar. İşıqforun qırmızı işığında yolu keçmək, avtomobillərin intensiv hərəkətdə olduğu ərazilərdə ehtiyatsız davranmaq, telefon və digər diqqət yayındıran vasitələrlə hərəkətdə olmaq son nəticədə geri dönüşü olmayan faciələrə səbəb olur.

Hər kəs bilməlidir: yol birgə istifadə məkanıdır və burada qaydalar hər kəs üçün keçərlidir. Özünü qaydalardan kənar tutan istənilən hərəkət iştirakçısı – istər sürücü, istərsə də piyada – məsuliyyət daşıyır.

Piyadavurma hallarının qarşısını almağın ən sadə, lakin təsirli yolu – müəyyən olunmuş keçidlərdən, işıqforun tələblərinə riayət etməklə və diqqətli olmaqla hərəkət etməkdir. Bu sadə prinsiplərə əməl etməyən hər piyada – istər bilərəkdən, istərsə də ehtiyatsızlıq səbəbilə – öz həyatını riskə atmaqla yanaşı, digər hərəkət iştirakçılarının da taleyini dəyişə bilər.

Unutma! Qaydaları pozaraq atılan hər addım, bir ömrün sonu ola bilər", - çağırışda bildirilib.

Избранный
34
32
ulusum.az

10Источники