İşğaldan azad edilmiş ərazilərdən 48 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 309 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bu barədə ANAMA-dan məlumat verilib.
Həmin əraidən 1 726.1 hektar mina və PHS-lərdən təmizlənib.
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Aytac Zeynalova