Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) xüsusi təyinatlı “A” qrupu bu gecə işğal altında olan Krımın “Saki” hərbi aerodromuna dron hücumu həyata keçirib.
"SBU"-nun rəsmi "Telegram" kanalından verilən məlumata görə, hücum nəticəsində aerodromda yerləşən aviasiya silahları anbarı zərər görüb. Bundan əlavə, bir "Su-30SM" qırıcısı məhv edilib, digər bir qırıcı isə zədələnib. Həmçinin üç "Su-24" təyyarəsi də vurulub.
Qeyd olunub ki, tək bir "Su-30SM" təyyarəsinin qiyməti orta hesabla 35–50 milyon ABŞ dolları arasındadır.
“SBU-nun Saki aerodromundakı uğurlu əməliyyatı düşmənin işğalçı müharibə aparmaq imkanlarını zəiflətməkdə növbəti addımdır. İşğalçılar unutmamalıdırlar ki, bizim torpağımızda heç vaxt özlərini təhlükəsiz hiss etməyəcəklər", – deyə açıqlamada qeyd olunub.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.