RU

MAQATE nümayəndə heyəti Tehrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək. 

Bakıvaxtı.az "Al Mayadeen" telekanalına istinadən xəbər verir ki, danışıqlarda məsələnin siyasi tərəfi diqqət mərkəzində olacağına görə nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq.

Səfər çərçivəsində tərəflər agentliklə əməkdaşlığın dayandırılması ilə bağlı parlamentin qəbul etdiyi qanunun icra mexanizmlərini müzakirə edəcəklər.

Qeyd edək ki, iyulun 2-də İran prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanun imzalayıb. 

Gülşən Şərif
 

Избранный
5
3
bakivaxti.az

10Источники