RU

"Qarabağ" Avroliqaya düşsə, bu komandalarla qarşılaşa bilər

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, İsveçrənin Nion şəhərində keçirilən tədbirdə "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu UEFA Çempionlar Liqasında "Şkendiya" səddini keçə bilməsə yoluna Avroliqada davam edəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv burada "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunları 21-28 avqust tarixlərində baş tutacaq.

saytlarin hazirlanmasi

Избранный
25
1
sportal.az

2Источники