RU

10 milyon avro qiymət qoydu - İspaniyalı yarımmüdafiəçiyə

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos cari transfer dövründə Madrid klubunu tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub ispaniyalı futbolçu ilə ayrılmağa hazırdır və ona 10 milyon avro qiymət qoyub.

Sebalyosa iddialılar arasında İspaniyanın digər klubu “Betis” də var.

28 yaşlı futbolçu son mövsümdə “Real”ın heyətində 45 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyunun sonunda başa çatacaq.

Избранный
56
16
sportinfo.az

10Источники