Suriyadakı son qarşıdurmalarla bağlı ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak açıqlama verib.
Turkustan.az xəbər verir ki, o, bütün tərəfləri sakitliyi qorumağa və mübahisələri qan tökülmədən, dialoq yolu ilə həll etməyə çağırıb.
Turkustan.az xəbər verir ki, səfir Barak Suriyanın Suveyda şəhəri və Hələbin şimal-şərqindəki Mənbic bölgəsində baş verən son qarşıdurmalara münasibətini "X" sosial media platformasında bildirib.
“Dünən Suveyda və Mənbicdə qarşıdurmalar yaşandı. Biz şiddətin dayandırılmasını və dinc, qalıcı həllin diplomatik yollarla əldə edilməsini dəstəkləyirik. Suriyalılar sülhə layiqdir,” – deyə o bildirib.
Aytən Yaşar/ Turkustan.az