"Roma" klubunun müdafiəçisi Saud Abdulhamid Fransanın 1-ci Liqa təmsilçisi "Lans"a icarəyə verilib.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2025/2026 mövsümünü əhatə edəcək.
Səudiyyə Ərəbistanından olan arxa xətt oyunçusu ötən mövsüm meydana çıxdığı 10 oyunda 1 qola və məhsuldar ötürməyə imza atıb.