RU

Ukrayna Soçi aeroportuna zərbənin məsuliyyətini öz üzərinə götürdü

  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Soçi aeroportunun ərazisində yerləşən yanacaq-doldurma kompleksinə zərbə

endirildiyini açıqlayıb.

Referans xəbər verir ki, hücum nəticəsində ərazidə güclü yanğın baş verib.

Baş Qərargahın məlumatına görə, həmin aerodromda Rusiya ordusuna məxsus hərbi aviasiya yerləşdirilmişdi.

Zərbə gecə saatlarında qeydə alınıb. Bundan əvvəl, avqustun 3-nə keçən gecə, Rusiya mediası – xüsusən “Astra” Telegram

kanalı – Soçinin Adler rayonundakı neft bazasına pilotsuz uçuş aparatları ilə hücum həyata keçirildiyini bildirmişdi. Həmin

məlumatlara görə, “Rosneft-KubanNeftəProdukt” şirkətinə məxsus neft bazasında yanğın baş vermişdi.

Daha sonra Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev də Adler rayonunda yanacaq çəninə dron qalıqlarının

düşməsi nəticəsində yanğın çıxdığını təsdiqləyib./Musavat.com

Избранный
16
1
referans.az

2Источники