RU

Kremldən Trampa cavab: Biz polemikaya girməyəcəyik!

Kreml ABŞ prezidenti Trampın Rusiya yaxınlığında iki nüvə sualtı qayıq yerləşdirməsinə ilk cavabını verib.

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Peskov Trampın açıqlamalarını aşağı salaraq, hər kəsin nüvə ritorikasına qarşı diqqətli olması lazım olduğunu bildirib və əlavə edib ki, Moskva Trampla polemikaya girmək istəmir.

Kreml ABŞ prezidenti Donald Trampın “uyğun ərazilərə iki nüvə sualtı qayığı yerləşdirmək” əmrinə ilk cavabını verib.

Kremlin sözçüsü Dmitri Peskov Trampın açıqlamalarını aşağı salaraq, hər kəsin nüvə ritorikasına qarşı diqqətli olması lazım olduğunu deyib.

Peskov Moskvanın bu məsələdə Trampla polemikaya girmək istəmədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin bəyanatlarına cavab olaraq "iki nüvə sualtı qayığının uyğun ərazilərə yerləşdirilməsi" əmrini verdiyini açıqlayıb.

Donald Tramp açıqlamasında, “Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini olan keçmiş Rusiya prezidenti Dmitri Medvedevin son dərəcə təxribatçı bəyanatlarından sonra iki nüvə sualtı qayığının müvafiq bölgələrə göndərilməsi əmrini verdim” deyib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
6
1
turkustan.az

2Источники