RU

Türkiyənin yoxa çıxan gölü: “Bu qədər pis vəziyyətdə gözləmirdik”

Türkiyənin Konya vilayətində motosiklet idmançıları iqlim dəyişikliyi və quraqlıq səbəbindən quruyan Akşəhir gölünə diqqət çəkmək üçün boş  səhralıq əraziyə çevrilmiş sahədə motosiklet sürdülər.

Sherg.az xəbər verir ki, aralarında enduro üzrə nailiyyətləri olan 10 idmançı, 350 kvadratkilometrlik sahəni əhatə edən və Nasrəddin Hoca lətifələrinə mövzu olan göldə bir araya gəldi. Onlar Türkiyənin beşinci ən böyük gölünün bu vəziyyətini göstərmək üçün geniş ərazidə enduro motosikletlərlə hərəkət etdilər.
Quraqlıq nəticəsində bozkırı xatırladan mənzərənin şahidi olan idmançılar, gölün bir tərəfindən digər tərəfinə keçərək, torpaq üzərində qalmış bir qayıq qarşısında şəkil çəkdirdilər. Heyvanlar üçün su təmin etmək məqsədilə gölün ortasında qazılmış quyunun görüntüləri isə havadan çəkildi.

Gölətrafı Tipiköy kəndinin muxtarı İslam Aydın bildirib ki, əvvəl göldə balıqçılıq olurdu və kəndlər dolanışığını buradan təmin edirdi. “İndi isə su yoxdur. Sadəcə quru, çoraq bir torpaq və içində bir qayıq qalıb”, – deyə qeyd edib.

Türkiyə Motosiklet Federasiyasının Konya təmsilçisi Mert Mıhoğlu ilk dəfə qurumuş göldə sürdüklərini deyib və mənzərənin kədərləndirici olduğunu bildirib. Motosikletçi Halit Nalinci isə bu qədər susuzluğun dəhşətli olduğunu və daha əvvəl belə bir mənzərə görmədiyini vurğulayıb.

İdmançı Aydın Ayhan isə belə bir mənzərədə motosiklet sürdüyü üçün kədərləndiyini deyib: “Gölün ortasındayıq, ətrafında su yoxdur. Bu çox üzücüdür”.


Избранный
28
1
sherg.az

2Источники