“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda sabah “Şkendiya”nın qonağı olacaq.
Futbolpress.az xəbər verir ki, bu gün yola düşən Azərbaycan çempionu artıq Skopye şəhərinə çatıb.
“Şkendiya” – “Qarabağ” oyunu saat 22:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Bakıda olacaq.