RU

1 saata gələn təcili yardım xidməti: Araşdırma başlanıldı

Ölkə vətəndaşlarının əksəriyyəti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təcili yardım xidmətinin keyfiyyətindən narazıdır. Onlar təcili yardım xidmətlərini qənaətbəxş hesab etmir.

Bununla bağlı Publika.az-a şikayət daxil olub.

Vətəndaş İlhamə Əbülfətin sözlərinə görə, o, bu gecə saat 01:26-da səhhətində yaranan problemə görə təcili yardım xidməti çağırıb. Lakin təcili yardım çağırılma müddətindən 1 saat 10 dəqiqə sonra, 02:36-da gəlib:

“Təcili yardım xidmətinə ilk zəngimizdən sonra da bir neçə dəfə zəng etdik. Dedilər ki, biz başqa bir ünvanda idik, məlumat bürosundan gec bildirildiyi üçün gecikmə olub. Özlərinin təqdim etdiyi sənəddə də nə qədər gecikdikləri əks olunub”.

Daha əvvəl təcili yardım xidməti ilə bağlı yaşanan gecikmə problemləri tıxac ilə əlaqələndirilirdi. Bəs gecə saatlarında yaşanan gecikmənin səbəbi nə ilə əlaqələndiriləcək? Axı gecə saatlarında paytaxt yolları boş olur. Əgər təcili yardım xidməti gecə saatlarında da ünvana vaxtında çatmırsa, deməli problem heç də tıxacla bağlı deyil. Sadəcə olaraq təcili yardım xidməti keyfiyyətsiz, nöqsanlı, yarıtmaz fəaliyyətini məhz bu cür bəhanələrlə ört-basdır etməyə çalışır. Gecə saatlarında, günün tıxacsız vaxtında nə az, nə çox düz 1 saat 10 dəqiqə gecikmənin başqa izahı yoxdur...

Избранный
18
publika.az

1Источники