RU

İsrail üç Qərb ölkəsini HƏMAS-a dəstəkdə ittiham etdi

BAKI, 4 avqust. TELEQRAF

“İsrail HƏMAS-ın diktə etdiyi heç bir məsələni qəbul etməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.

Nazir HƏMAS-ın oğurladığı bütün şəxslərin qeyd-şərtsiz geri qaytarılmasının vacibliyini vurğulayıb.

Saar qeyd edib ki, HƏMAS Qəzza zolağında öz hökmranlığını davam etdirməyə yönəlmiş şərtləri tətbiq etməyə çalışır, İsrail bunu qəti şəkildə rədd edir.

Ölkənin baş diplomatı əlavə edib ki, İsrail Qəzzada müharibəni dayandırmağa və bütün girovları azad etməyə çalışır, diplomatik yollarla həll yolu tapmağa üstünlük verir.

Saar ABŞ-nin Qəzzada müharibədən sonrakı mərhələyə baxışını formalaşdırmaq səylərinə işarə edərək, İsrailin bu məsələni Vaşinqtonla ətraflı müzakirə etdiyini vurğulayıb.

Xarici işlər naziri Fransa, Kanada və Böyük Britaniya kimi bəzi Qərb ölkələrinin mövqelərini tənqid edərək, onların İsrailə qarşı gördükləri tədbirləri “HƏMAS üçün mükafat” adlandırıb. Onun fikrincə, bu cür səylər müharibəni bitirməkdənsə, uzadır.

Saar bu ölkələri etdiklərinin HƏMAS-a dolayı dəstək təşkil etdiyini nəzərə alaraq, hərəkətlərinin nəticələrini dərk etməyə çağırıb:

“HƏMAS silahlarını təslim etmədikcə və silahlı yanaşmadan əl çəkmədikcə Qəzza zolağının gələcəyində HƏMAS-a yer yoxdur”.

Избранный
28
2
teleqraf.com

3Источники