RU

"Qəbələ" monteneqrolu müdafiəçi transfer etdi

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, Kaxaber Sxadadzenin komandası Eduardo Kunde ilə müqavilə bağlayıb.

27 yaşlı Braziliya əsilli monteneqrolu oyunçu müdafiənin mərkəzində çıxış edir.

O, son olaraq İndoneziyanın “Persis” klubunun formasını geyinib. Kunde daha əvvəl “Aval”, “Kuiaba”, “Bruski” (hamısı Braziliya), “Saqamihara” (Yaponiya) və “Botev” (Bolqarıstan) komandalarının şərəfini qoruyub.

Избранный
102
operativmedia.az

1Источники