RU

Bazarlar yoxa çıxıb: Elə bazarlıq da...

Bir vaxtlar bazara getmək insanların gündəlik həyatının bir hissəsinə çevrilmişdi. 

Təzə meyvə-tərəvəz almaq, bir az da hal-əhval tutmaq üçün bazara üz tuturdular. İndi isə insanlar meyvə-tərəvəz almaq üçün belə marketlərə üz tuturlar. Bəziləri düşünürlər ki, iri market şəbəkələri bazarları sıradan çıxarıb. Artıq bazar mədəniyyəti tədricən yox olur. Bazar mədəniyyətinin yoxa çıxma səbəbi nədən qaynaqlanır? 

“Cebheinfo.az”- a mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, artıq fermerlərin bazara çıxışı isə məqsədli şəkildə məhdudlaşdırılıb: 

“Sovet dövründə formalaşan “kolxoz bazarı” məhfumu artıq sıradan çıxıb. “Kolxoz bazarı”nda fermerler öz istehsal etdikləri məhsulları bazara gətirərək, az məbləğdə yer haqqı ödəməklə məhsulunu satırdı. Şəhər əhalisinin bu məhsullara tələbatı çox olduğu üçün tez-tez alırdılar. 

İndi isə bazarların mahiyyəti tamamilə dəyişib. Bazarlara fermerin çıxışı məhdudlaşıb, bu da məqsədyönlü şəkildə atılmış addımdır. Hökümət istəsə həm Bakı şəhərində, həm də ətraf ərazidə əvvəlki rejimdə bazarı formalaşdıra bilər”. 

Ekspert qeyd edib ki, əvvəlki vəziyyətə qayıtmaq üçün plan hazırlanmalıdır: 

“Bu gün Bakıya nisbətən bazar mədəniyyəti rayonlarda qorunaraq saxlanıb. Bunun səbəbi isə fermerin bazara daha yaxın olmasıdır, fermer bəzi hallarda məhsulunu bazara çıxararaq sata bilir. Lakin Bakıda bu, heç mümkün deyil. 

Əhaliyə belə təcrübə təklif olunmadığı üçün unudulub. Bu təcrübəni yenidən qaytarmaq üçün yeni plan yaradılmalı və fermerlar üçün şərait qurulmalıdır. Hazırda Bakı şəhərinin bütün bazarları müəyyən adamların inhisarındadır, onlar həmin bazarları özəlləşdiriblər. Ona görə də istədikləri kimi davranırlar”. 

Избранный
14
1
cebheinfo.az

2Источники