RU

Üzeyir onlardan şikayətçidir

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Üzeyir Mehdizadə dünyanın bir çox yerində konsert versə də Azərbaycanda bu təklifdən imtina etmə səbəbini açıqlayıb. 

Axşam.az xəbər verir ki, sənətçi "İzzət şou"da bunun səbəbinin təşkilatçılar olduğunu deyib. O bildirib ki, peşəkar iş ortaya qoyan yoxdur:

"Demirəm ki, təşkilatçılar işi bilmir. Sadəcə, mən istədiyim halla rastlaşmamışam. Olanlar məni qane etmir. Həyatımdan tutmuş, işimə qədər hər şeydə həssasam. Çalışıram mahnı sözlərinin yazılışında, aranjimandan öz müdaxiləm olsun. Təşkilatçılarla uyğunlaşmamışıq. Təkilatçı ilə etməsən, gərək özün edəsən. Mən isə təşkilatçılıqla olan konsertlərə gedib gəlirəm. Özümün bununla məşğul olmağa vaxtım yoxdur. Özüm məşğul olsam gərək 5-6 ay heç yana getməyim. Qonorardan əvəvl mən çıxış etdiyim yer, məkan, necə olacağı haqda soruşuram. Qonorar nə qədər desəm razılaşacaqlar. Amma iş tək qonorar deyil. Mən nəsə istəyirəm, onlar "baxarıq" cavabı verirsə, narahat oluram".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
9
axsam.az

10Источники