Futbol üzrə milli komandamızın üzvü Coşqun Diniyev karyerasını Səudiyyə Ərəbistanında davam etdİrə bilər.
Bizim.Media xəbər verir ki, bu ölkənin adı açıqlanmayan klublarından biri futbolçuya təklif göndərib.
Hələlik Diniyev bütün variantları diqqətdən keçirir. O, karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı yaxın günlərdə verməlidir.
Xatırladaq ki, futbolçu bir müddət əvvəl Türkiyənin “Çorum” klubundan ayrılıb. Azərbaycan klublarından “Sabah”, “Neftçi” və “Turan Tovuz” da Coşqun diniyevə maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта