Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov açılış nitqi edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra QMHİB-yi və sədrini tədbir iştirakçılarına təqdim edib və mövzu ilə bağlı ətraflı çıxış edib.
QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra tədbirin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirildiyini bildirib. Həsən Qarayev, tədbirin həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili chr("39")chr("39")Konstitusiya və Suverenlik İlichr("39")chr("39") elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamına uyğun keçirildiyini qeyd edib.
Xaçmaz rayon ağsaqqalı mədəniyyət işçisi Nazim Ağayev, milli adət-ənənələr, milli yeməklər ilə bağlı ətraflı çıxış edib. Tədbir iştirakçıları ailə dəyərləri, toy adətləri, milli geyim, milli-mənəvi dəyərlərimiz barədə məzmunlu və mənalı çıxışlar edərək öz fikirlərini bildiriblər. Mövzu ilə bağlı çıxış edənlər, Xaçmaz rayon mədəniyyət işçisi hazırda təqaüdtcü Sürəyya Əmirova, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Xaçmaz rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz rayon Gənclər Təşkilatının sədri Elman Məmmədov, YAP Xaçmaz rayon təşkilatının məsləhətçisi Fazil Rəhmətov və digərləri layihənin müasir dövrdə çox vacib olduğunu gənclər arasında daima təbliğ olunmasının aktuallığını nəzərə alaraq, davamlılığının olmasını arzulayıblar.
Sonda İB-nin sədri, H.Qarayev YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşova və kollektivinə, tədbir iştirakçılarına və qonaqlara, tədbirdə iştirak etdikləri üçün həmçinin mənalı və dəyərli fikirləri üçün təşəkkürünü bildirib.