RU

İrəvan: Paşinyanın ABŞ-yə səfəri hələlik təsdiqlənməyib

Ermənistanın Nazirlər Kabineti Baş nazir Nikol Paşinyanın Vaşinqtona səfəri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Operativ Media xəbər verir ki, verilən açıqlamada qeyd olunub ki, “Paşinyanın Vaşinqtona səfər edəcəyi barədə rəsmi məlumat olduqda, bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda yayılan xəbərlər nə təsdiqlənir, nə də təkzib olunur”.

Xatırladaq ki, daha əvvəl bəzi xarici media qurumları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcəyi barədə məlumatlar yaymışdı.

Избранный
12
operativmedia.az

1Источники