Ukrayna Təhlükəsizlik Xidməti (DTX) cəbhəyanı Dnepr şəhərində yerli sakinin planlaşdırdığı irimiqyaslı terror aktının qarşısını alıb.
Bu barədə 7News.Az DTX-nin bəyanatına istinadən məlumat verir.
Məlumata görə, qadın Rusiya xüsusi xidmət orqanlarına işləyirmiş.
"Həyata keçirilən kompleks tədbirlər nəticəsində şəhərin mərkəzində hüquq-mühafizə orqanlarından birinin inzibati binasını partlatmağı planlaşdıran Rusiya agenti saxlanılıb", - bəyanatda qeyd olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı qurğunu müsadirə edərək zərərsizləşdirib, qadını isə şəhərdən qaçmağa cəhd edərkən saxlayıblar.