RU

Daha iki feysbuk səhifəsi ETX-nin META-ya şikayəti əsasında silinib

Azərbaycan əleyhinə təxribat xarakterli paylaşımlar edən daha iki “Facebook” səhifəsi silinib.

Operativ Media xəbər verir ki, bu, Azərbaycan Respublikasının Elektron Təhlükəsizlik Xidmətinin (ETX) META şirkətinə ünvanladığı rəsmi şikayət əsasında həyata keçirilib.

Məlumata görə, sözügedən səhifələrdə Azərbaycan dövlətinə qarşı yönəlmiş məqalə və paylaşımlar yayımlanıb, bu materiallar ölkə üzrə reklama çıxarılaraq geniş auditoriyaya çatdırılıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, bu səhifələr Azərbaycanda ictimai fikri manipulyasiya etmək və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə fəaliyyət göstərən müəyyən xarici dairələr tərəfindən idarə olunub.

Избранный
12
operativmedia.az

1Источники