RU

Diaspor Gənclərinin Xankəndidə keçirilən VI Yay Düşərgəsinin açılışından Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Xankəndi şəhərində “Konstutisiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasim Dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinin yad olunması ilə başlayıb.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış ediblər.

Çıxışlarda yay düşərgəsinin Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyətinə toxunulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasətinin uğurlu nəticələrindən danışılıb.

DİDK sədri Fuad Muradov Xankəndinin sülh, əməkdaşlıq və inkişaf simvoluna çevrildiyinə diqqət çəkib, düşərgəyə gənclərin ildən-ilə daha çox maraq göstərdiklərini, bu platformanın ilk gündən özünü doğrultduğunu ifadə edib. 

Tədbirdə dövlət başçısının Xankəndidə bayraq qaldırmasının, oradakı tarixi çıxışının yer aldığı videoçarx nümayiş olunub, həmçinin Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixi ilə bağlı fakt və rəqəmlər səsləndirilib.

DİDK-nın şöbə müdiri Vəsilə Vahidqıznın və Rəvan Rədin aparıcılıq etdikləri açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilir.

Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən artıq gənc qatılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
6
qafqazinfo.az

7Источники