RU

Qurban Qurbanov: “Şkendiya"ya qarşı sona qədər xarakter göstərməliyik”

"Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Şimali Makedoniyada "Şkendiya"nın qonağı olacaq.

Operativ Media xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Baş məşqçi oyunun əhəmiyyətindən danışıb:

"Çox vacib oyuna çıxırıq. İlk matçın burada olması rəqib üçün üstünlükdür. İki yaxşı qələbədən sonra öz meydanlarında bizi qəbul edirlər. Çox yaxşı komandaya qalib gəliblər. Komandam bu gün tam hazır oldu. Sabah 'Şkendiya'ya qarşı sona qədər öz xarakterimizi göstərməliyik. Bu, çox vacib olacaq. 'Şkendiya' çox istəkli və bərk komandadır. Yaxşı oyun göstərməyə və buradan sərfəli nəticə ilə dönməyə çalışacağıq".

Qurbanov rəqibin güclü və zəif tərəfləri barədə də fikirlərini bölüşüb:

"Onların FKSB ilə hər iki oyununu izləmişəm. Güclü və zəif tərəflərini burada deməyə ehtiyac yoxdur. Biz öz düşündüyümüz oyunu qurmalıyıq. Bunun üçün də rəqibə öz oyununu göstərməyə imkan verməməliyik. 'Şkendiya'ya qarşı 90 dəqiqə diqqətli olmalıyıq".

Təcrübəli mütəxəssis pley-off mərhələsindəki potensial rəqiblər haqda da danışıb:

"Qalib gəlsək də, məğlub olsaq da, rəqibimiz 'Ferentsvaroş'la 'Ludoqorets'dən biri olacaq. İkisinə qarşı da oynamışıq. Ciddi komandalardır. Çempionlar Liqasında və ya Avropa Liqasında oynamağımızdan asılı olmayaraq maraqlı matçlar olacaq. Bir-birimizi tanıyan rəqiblərik".

Избранный
11
10
operativmedia.az

10Источники