“Barselona” klubu qapıçısı Joana Qarsiyanın qeydiyyatını yaxın günlərdə rəsmiləşdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi 24 yaşlı futbolçunu hələ iyun ayında “Espanyol”dan 25 milyon avroya transfer etsə də, qeydiyyat prosesi La Liqanın maliyyə qaydaları səbəbindən indiyədək gecikib.
Qarsiyanın qeydiyyatı qarşıdakı dörd-beş gün ərzində başa çatacaq. Futbolçu ilə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, İspaniya çempionatının 2025/2026-cı illər mövsümünün ilk turunda “Barselona” 16 avqust tarixində “Malyorka” ilə qarşılaşacaq.