RU

Bakıda köşklərdən oğurluq edən şəxslər saxlanıldı

Bakının Nizami və Suraxanı rayonlarında yerləşən iki köşkdən oğurluqlar edilib və zərərçəkənlərə 4 min manata yaxın ziyan vurulub.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı M.İmamverdili və əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Ə.Əliyev saxlanılıb. Pepperoni pizza

Aparılan araşdırmalarla Ə.Əliyevin bir nəfərə məxsus bank kartından 465 manat pul oğurladığı da müəyyən edilib.

Araşdırma aparılır.


Telegram kanalımız
Избранный
63
26
yenisabah.az

10Источники