RU

Konor Makqreqor prezident olmaq istəyir

UFC-nin keçmiş iki çəki dərəcəsində (66 kq və 70 kq) dünya çempionu olmuş irlandiyalı döyüşçü Konor Makqreqor prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Makqreqor bu barədə sosial şəbəkədə paylaşım edərək konstitusiyaya dəyişiklik edilməsini təklif edib və bunun üçün petisiya başladıb.

“Əziz həmvətənlərim və İrlandiya diasporasının nümayəndələri! Prezidentliyə namizədliyimi irəli sürmək niyyətində olduğumu sevinclə bildirirəm. Lakin qeyd etməliyəm ki, hazırkı konstitusiya qaydaları demokratik iştirak baxımından ciddi maneələr yaradır.

Hazırda namizəd olmaq üçün ya 20 parlament üzvünün, ya da dörd qraflıq şurasının dəstəyi tələb olunur. Bu sistem siyasi təsiri təmin etməyə yönəlsə də, əslində seçicilərin birbaşa iştirak hüququnu məhdudlaşdırır.

Buna görə də namizədliyin irəli sürülməsi prosedurunun dəyişdirilməsi üçün petisiya başladaraq, adımın seçki bülleteninə salınmasını təklif edirəm”, – deyə Makqreqor bildirib.

Makqreqor həmvətənlərini bu təşəbbüsə qoşulmağa çağıraraq əlavə edib: “İnanıram ki, istər ölkə daxilində, istərsə də xaricdə yaşayan İrlandiya vətəndaşları seçki prosesində azad şəkildə iştirak edə bilməlidirlər. Sizin dəstəyiniz seçki sistemini daha inklüziv və demokratik edəcək”.

Избранный
23
1
90deqiqe.az

2Источники