RU

Rövşanə Ağasəfqızı: "Qadın tənha olanda hər yola əl atır" - VİDEO

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Bizim.Media xəbər verir ki, proqramın budəfəki buraxılışının qonağı teleaparıcı Rövşanə Ağasəfqızıdır.
 

O, gender bərabərliyindən, kişi-qadın münasibətlərində yaşanan problemlərdən danışıb, eləcə də qadınların estetik əməliyyatla bir-birlərinə bənzəməsinə, brend geyim göstərişinə münasibət bildirib.


"Qadın tənha olanda diqqət cəlb etmək üçün hər yola əl atır" deyən aparıcı xanımların özlərini inkişaf etdirmək əvəzinə gözəlləşməyə daha çox pul xərclədiklərini söyləyib.

Qadının uğurlu olmasından da bəhs edən R.Ağasəfqızı bunun kişilərin çoxunda narahatlıq doğurduğunu və onların özlərini zəif hiss etdiklərini vurğulayıb.

Ətraflı süjetdə:


Bizim.Media

Избранный
50
12
bizim.media

10Источники