RU

Trampdan qeyri-adi təklif: Gömrük gəlirlərini xalqla paylaşa bilərik

ABŞ prezidenti Donald Tramp yüksək gömrük rüsumlarından əldə edilən gəlirləri aşağı və orta gəlirli amerikalılara nağd şəkildə “dividend” kimi paylamağı planlaşdırır.

Gundem.az xəbər verir ki, Tramp bu barədə Nyu Cersi ştatında jurnalistlərə açıqlamasında bildirib.

“Orta və aşağı gəlirli vətəndaşlara nağd pul vermək barədə düşünürük. Bu, dividend formasında ola bilər”, - o söyləyib.

ABŞ büdcəsinə rekord səviyyədə gəlir gətirən gömrük rüsumları 2025-ci ilin ilk 7 ayında 152 milyard dollara çatıb. Yeni tariflər 69 ölkəni əhatə edir. Çin, Almaniya, Türkiyə və Hindistan kimi ölkələr bu siyahıdadır. Tramp bu gəlirləri “ölkə tarixində ən böyük iqtisadi sıçrayış” adlandırıb.

Lakin iqtisadçılar bu planla bağlı ehtiyatlı yanaşır. “Yale Budget Lab”ın araşdırmasına görə, tariflər amerikalı ailələrə ildə orta hesabla 3800 dollara başa gəlir. Əsas yük isə istehlakçıların üzərinə düşür.

Bu addım “Tramp iqtisadiyyatı” anlayışının yenidən formalaşmağa başladığına işarə kimi qiymətləndirilir. /Publika.az

Избранный
22
1
gundem.az

2Источники