RU

Avstriya Rusiyanın 120 milyon avro dəyərində aktivlərini "Naftogaz"a verdi

BAKI, 4 avqust. TELEQRAF

"Naftogaz Ukrayna" milli səhmdar şirkəti Vyana dairə məhkəməsindən "Krım qərarı"nın məcburi icrası barədə razılıq alıb.

Teleqraf xəbər verir ki, məhkəmə Rusiyanın Avstriyadakı 20-dən çox daşınmaz əmlak obyektinə həbs qoyulmasına icazə verib.

Bu obyektlərin hərracda satışa çıxarılacağı bildirilir.

Qeyd olunur ki, daşınmaz əmlak obyektləri Krımda itirilmiş əmlak üçün kompensasiya ödənilməsi məqsədilə satıla bilər. Hərracda satılması planlaşdırılan aktivlərin ümumi dəyərinin 120 milyon avro olduğu bildirilir.

"Bu, "Naftogaz"ın Krımdakı aktivlərinin qanunsuz müsadirəsi üçün Rusiyadan 5 milyard dollardan çox vəsaitin alınması yolunda daha bir praktik addımdır. Oxşar iddialara digər yurisdiksiyalarda da baxılır. Gec ya tez Rusiya hər şeyə görə cavab verəcək", - "Naftogaz Ukrayna"nın İdarə Heyətinin sədri Sergey Koretski bildirib.

Qeyd edək ki, 2023-cü ilin aprelində Haaqadakı Daimi Arbitraj Məhkəməsinin Arbitraj Tribunalı Rusiyanın "Naftogaz"a 5 milyard dollar ödəməli olduğu barədə hökm çıxarıb. Rusiya tərəfi isə bu məsələdə məhkəmənin yurisdiksiyasını tanımır.

Избранный
11
teleqraf.com

1Источники