RU

Qordon Donetsk sakinlərini aşağıladı: "Sidiyinizi için" - VİDEO

Tanınmış ukraynalı jurnalist Dmitri Qordon Donetskdə su çatışmazlığı fonunda separatçı rejimi dəstəkləyən yerli sakinlərə sərt ifadələrlə müraciət edib.

Bizim.Media xəbər verir ki, o, Rusiyanın işğalı altında yaşayan və bu rejimi dəstəkləyən insanlara “sidik içməyi” məsləhət görüb.
 

“Donetsk sakinləri, siz Rusiya ilə olmaq istədiniz. Alın sizə Moskva! İndi su yerinə sidik için!”, – deyə Qordon öz sosial media hesabında paylaşım edib.


Xatırladaq ki, 2022-ci ildən bu yana Rusiyanın işğalı altında olan Donetsk şəhərində davamlı su təchizatı ciddi problemlərlə müşayiət olunur. Şəhərə yalnız bir neçə gündən bir su verilir.
 

Verilən su isə ya çirkli, ya da içməyə yararsız vəziyyətdə olur və çox zaman çoxmərtəbəli binaların yuxarı mərtəbələrinə çatmır.


Ukrayna mediası bildirir ki, Donetsk vaxtilə ölkənin ən inkişaf etmiş şəhərlərindən biri olsa da, hazırda həm sosial infrastruktur, həm də kommunal xidmətlər baxımından bərbad vəziyyətdədir.

Bu durum jurnalist və ictimai fəallar tərəfindən Rusiyanın “azadlıq” adı ilə gətirdiyi fəlakət kimi qiymətləndirilir. (Musavat.com)


Bizim.Media

Избранный
12
bizim.media

1Источники