RU

Tokayev indi də bu ölkədə səfərdədir

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda səfərdədir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir, Tokayevi hava limanında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov qarşılayıb.

Məlumata görə, Tokayev BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransında iştirak edəcək.

Konfransda dənizə birbaşa çıxışı olmayan dövlətlər üçün regional əməkdaşlıq, davamlı inkişaf və nəqliyyat əlaqəsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə Tokayev Türkiyədə rəsmi səfərdə olub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
3
qafqazinfo.az

7Источники